Dəyərli müştərilər, Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi məqsədilə onlayn “Şikayət və Təkliflər” funksiyası aktivləşdirilmişdir. Sınaq protokolunuz “Tamamlandı” statusu aldıqda bu funksiya avtomatik olaraq aktivləşir. E-poçt ünvanınıza göndərilən sınaq protokoluna əlavə edilmiş keçid vasitəsilə şikayət və təkliflərinizi bizə təqdim edə bilərsiniz. Müraciətiniz araşdırıldıqdan sonra nəticə barədə e-poçt vasitəsilə məlumatlandırılacaqsınız. Sizin rəy, təklif və iradlarınız xidmətlərimizin təkmilləşdirilməsi baxımından bizim üçün son dərəcə dəyərlidir. Etimadınıza görə təşəkkür edirik!