Canlı dəstək

100% doğru analizlər

Rahat sifariş

Siyasətimiz

Chemlab MMC-nin Keyfiyyət Siyasəti

Laboratoriya sifarişçilərdən daxil olan tələblərin doğru, tərəfsiz, məxfilik prinsipləri qorunmaqla və yüksək keyfiyyətlə qarşılanmasını öz fəaliyyətinin əsas prioriteti hesab edir. Bu məqsədlə şirkət aşağıdakı prinsiplərə sadiqdir:

  • Beynəlxalq və yerli qanunvericiliyin, eləcə də müvafiq standartların tələblərinə əməl edilməsi və keyfiyyət idarəetmə sisteminin fasiləsiz təkmilləşdirilməsi;
  • Laboratoriyalararası qarşılaşdırmalar vasitəsilə ölçmələrin etibarlılığının daim təmin olunması;
  • Qüvvədə olan norma və qaydalara, qanunvericiliyin tələblərinə tam riayət edilməsi;
  • Ölçmələrin qeyri-müəyyənliyinin minimum səviyyədə saxlanılması və sifarişçilərin tələblərinin hər zaman qarşılanması yolu ilə müştəri məmnuniyyətinin artırılması;
  • Təlim, laboratoriya və servis təminatı sahəsində standartların tələblərinə cavab verən, müştəri ehtiyaclarına uyğun keyfiyyətli xidmətlərin təqdim edilməsi;
  • Xidmətlərin göstərilməsi zamanı müştəri məmnuniyyətinin təmin olunması;
  • Şirkətin biznes proseslərinin effektivliyinin artırılması və bunun nəticəsi olaraq xidmətlərin keyfiyyətinin davamlı yaxşılaşdırılması;
  • Keyfiyyət siyasətinin daimi olaraq yararlılığının təhlil edilməsi və şirkət məqsədləri ilə uyğunluğunun təmin edilməsi;
  • Şirkətin fəaliyyətini əks etdirən maliyyə göstəriciləri sisteminin tətbiqi;
  • Şirkətin bütün əməkdaşlarının bilik və peşə ixtisaslarının fasiləsiz artırılması;
  • Hər bir əməkdaşın öz iş metodunun keyfiyyətinə və təkmilləşdirilməsinə məsuliyyətlə yanaşması;
  • Keyfiyyət siyasətinin bütün əməkdaşlara çatdırılması və onların bu siyasət barədə mütəmadi məlumatlandırılması.

Laboratoriyamız keyfiyyətə əsaslanan yanaşma ilə müştərilərinə etibarlı, şəffaf və peşəkar xidmətlər təqdim etməyi qarşısına məqsəd qoyur.

Tariximiz

Chemlab 2021-ci ildə fəaliyyətə başlamış və qısa müddət ərzində ölkə üzrə bir çox iri və kiçik müəssisəyə laboratoriya xidmətləri təqdim etmişdir. Hazırda 450-dən çox şirkətə fasiləsiz xidmət göstəririk.

Chemlab, ISO/IEC 17025 standartı üzrə yerli və beynəlxalq qurumlar tərəfindən akkreditə olunmuş laboratoriya olaraq yerli və beynəlxalq müştərilər üçün müxtəlif laboratoriya analiz və sınaq xidmətlərini yüksək dəqiqlik və etibarlılıqla həyata keçirir.

Dəyərlərimiz

1. Ədalət və dürüstlükk

Fəaliyyət istiqamətlərimizin təməlində ədalət və dürüstlük durur - çalışdığımız bütün sahələrdə ədalətli və dürüst şəkildə çalışırıq.

2. Keyfiyyət

Müştərilərimizin tələb və istəklərini müəyyənləşdirir istəklərindən daha keyfiyyətli xidmət təqdim etməyi hədəf seçmişik.

3. Məsuliyyət

Analiz etdiyimiz hər bir məhsula diqqətlə yanaşır və beynəlxalq tələblərə cavab verən metodlarla analizlər aparılır.

4. Əxlaq və mənəviyyat

Gözəl əxlaqa malik insanları işə qəbul edirik, işçilərimizin "öz işinin lideri" olduğuna inanırıq.

5. İnam və liderlik

İşçilərimizin motivasiyasına önəm verir, performansları nisbətində maddi və mənəvi dəstək veririk.

6. Komanda ruhu

İşçilərimizin fikirlərini açıq və sərbəst ifadə etməyə təşviq edir, düşüncə və fikirlərinə böyük önəm veririk.

7. Əməkdaşlıq

İşçilərimiz və müştərilərimizlə etibarlı, təhlükəsiz və sağlam işləyə biləcəkləri iş şəraiti yaradırıq.