Canlı dəstək

100% doğru analizlər

Dezinfektorların iş təlimatı


Peşənin qısa təsviri

Dezinfektor, kimyəvi-bioloji, fiziki və mexaniki üsullarla yaşayış və müəssisə binalarında, sənayedə, açıq və qapalı sahələrdə hətta su hovuzlarında, habelə su və yeyinti məhsulları, məişət əşyaları üzərində dezinfeksiya işini yerinə yetirərək, ərazini xəstəlik törədən zərərverici həşərat, böcək, gəmiricilər, xəstəliklərə səbəb olan infeksiyanı, patogenləri, mikroorqanizmləri və mikrobları məhv edir və ya güclü zərərvericilik xüsusiyyətlərindən muhafizə edir.

Dezinfeksiyaedici maddəni əraziyə uyğun şəkildə hazırlayır, istifadəyə hazır vəziyyətə gətirir, dezinfeksiyaedicini əl apparatına yerləşdirir və yayır. Əsas işi dezinfeksiya-törədicinin yoluxma yollarını və amillərini, daha sonra isə deratizasiya infeksiya mənbəyinin aradan qaldırılmasına yönəlmişdir. Fərdi olaraq-tək, eyni zamanda böyük və kiçik qruplarla işləyə bilir.

1. İşə dair xüsusi məlumat
1.1. Əmək şəraiti
  • İş açıq və qapalı məkanlarda yerinə yetirilir;
  • İş adətən növbəli iş rejimində və müntəzəm iş saatlarında yerinə yetirilir;
  • İşin xüsusiyyətindən asılı olaraq, tozlu, çirkli, suyu, qoxulu və qeyri-sabit temperaturlu iş şəraitində işləyə bilər;
  • Adətən insan orqanizminə zərərli kimyəvi maddələrlə, pestisidlərlə işləyir;
  • İşin xüsusiyyəti ilə əlaqədar olaraq dezinfektor xüsusi fərdi mühafizə vasitələri geyməli, təhlükəsizlik norma və qaydalarına diqqətlə riayət etməlidir;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında Qanun və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunur.
1.2. İşə qəbul tələbləri
  • Əmək münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənir;
  • İşə qəbul olunarkən sağlamlıq haqqında tibbi arayış, sonradan vaxtaşırı icbari tibbi müayinədən keçmək haqqında tibbi arayış (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə nəzərdə tutulduğu hallarda) təqdim olunur;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə təlimatlandırmalar və fərdi mühafizə vasitələri ilə təminat məcburi xarakter daşıyır.
1.3. Tabeçilik
  • Kimə tabedir: Müəssisənin təsərrüfat rəhbəri.
  • Kim ona tabedir: Yoxdur.
1.4. Məsuliyyət və müstəqillik səviyyələri
Səviyyələr Məsuliyyət, fəaliyyətlərin mürəkkəbliyi və müstəqillik Uyğun gələn səviyyə Uyğun gələn səviyyə
1 Planlaşdırılmış qaydada birbaşa nəzarət altında işləmək. İş təkrarlanan xarakterə malikdir və mürəkkəb olmayan bir neçə funksiyanı əhatə edir.
2 Nəzarət altında işləmək, kiçik səlahiyyətlərə malik olmaq. Təcrübə tələb edən fəaliyyətlərin yerinə yetirilməsi və əlaqələndirilməsi üçün məsuliyyət daşımaq. Öz fəaliyyətlərini planlaşdırmaq və nəticələri barədə hesabat vermək. Digər şəxslərlə əməkdaşlıq etmək və komandada işləmək.
3 Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində müstəqil idarəetmə və komandanın idarə edilməsini həyata keçirmək (eyni zamanda həm idarəetmə, həm də istehsal subyekti kimi çıxış etmək). İşə yanaşmasını dəyişən şəraitə uyğunlaşdırmaq və dövri problemlərin həlli zamanı elementar nəzəriyyələrdən istifadə etmək. Digər şəxslərin gündəlik işinə nəzarət etmək, əmək fəaliyyətinin qiymətləndirilməsi üçün məsuliyyət daşımaq və işin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək. İşçilərə rəhbərlik etmək. Mürəkkəb fəaliyyətləri əlaqələndirmək və yerinə yetirmək. Ümumi təcrübədən istifadə etməklə xüsusi yeni fəaliyyətlər müəyyən etmək.
4 Yeni və çox vaxt yaradıcı metodlar tələb edən məsələlərlə məşğul olmaq. Mürəkkəb məsələlərin həllində geniş təcrübədən istifadə etmək. Gözlənilməz dəyişiklik olduğu halda əmək fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirmək. Özü və başqaları üçün fəaliyyət meyarları hazırlamaq, onları nəzərdən keçirmək və təkmilləşdirmək. Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaq. Fərdlərin və qrupların peşəkar inkişafının idarə olunmasına məsuliyyət daşımaq. Fəaliyyətləri müşahidə etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək.
1.5. Karyera yüksəlişi və sərbəst məşğulluq imkanları
  • Təlim və təcrübə keçməklə bu peşə ilə əlaqədar qrup rəhbəri, ümumi nəzarətçi kimi rəhbər vəzifələrə yüksəlmək imkanları mövcuddur;
  • İxtisaslı mütəxəssislər yüksək dərəcədə ixtisaslaşmış işlərə keçə bilər.
2. Əsas vəzifə (V) və fəaliyyətlərin (F) siyahısı
V.1. İşə hazırlaşmaq və işi təşkil etmək:
  • F.1.1. Dezinfeksiya əməliyyatına hazırlaşmaq:
  • F.1.2. İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və ya təlimat almaq;
  • F.1.3. İstehsal planı və ya tələbinə əsasən istehsal prosesi, öncəki və növbəti əməliyyatlar ilə əlaqədar istifadə olunan dezinfeksiya vasitələrini və avadanlıqlarını müəyyən etmək;
  • F.1.4. Dezinfeksiya olunacaq ərazinin şəraitinə uyğun dezinfeksiya vaxtını müəyyən etmək;
  • F.1.5. Təmizlənəcək iş sahəsinə uyğun mühafizə və geyim növünü müəyyən etmək;
  • F.1.6. Tələb olunan işə uyğun, kimyəvi qarışıq vasitəsinin miqdarını müəyyən etmək;
  • F.1.7. İstifadə olunan avadanlıq, dezinfeksiya vasitələrini yoxlamaq;
  • F.1.8. Dezinfeksiya üzrə bütün mərhələləri planlaşdırmaq;
  • F.1.9. Dezinfeksiyaedici vasitələrin istifadə ardıcıllığını planlaşdırmaq;
  • F.1.10. Dezinfeksiya üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını, həmçinin vasitələrin istehsal müddətini yoxlamaq;
  • F.1.11. Müəssisənin texniki tələblərinə uyğun olaraq vasitə və avadanlığı müvafiq şəxslərdən əldə etmək, təhvil aktını sənədləşdirmək, təsdiq etdirmək;
  • F.1.12. Geyimlər, vasitə, avadanlıq və sistemlərin nəzarət və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • F.1.13. Dezinfeksiya məqsədinə əsasən dezinfeksiya olunacaq əraziyə görə avadanlığı müəyyən edib uyğun vasitə və alətndən istifadə etmək;
  • F.1.14. Mexaniki alətlərin və vasitələrin təlimatına əsasən təhlükəsizlik tədbirlərinin ardıcıllığını müəyyən etmək;
  • F.1.15. Ərazi üzrə əsas dezinfeksiya olunacaq sahələri müəyyən etmək;
  • F.1.16. Materiallardan səmərəli istifadə etmək.
V.2. Dezinfeksiya əməliyyatını yerinə yetirmək:
  • F.2.1. Dezinfeksiya qaydasını müəyyənləşdirmək və məlumatlandırmaq;
  • F.2.2. İş təhlükəsizlik sisteminə riayət edərək fərdi mühafizə vasitələrini geyinmək.
  • F.2.3. Dezinfeksiya olunacaq sahəyə uyğun dezinfeksiya prosesini dogru şəkildə davam etdırmək;
  • F.2.4. Lazım gəldikcə əlavə vasitələri istifadə etmək, yaymaq, çiləmək və s. yollarla prosesi davam etdirmək yeri gəldikcə dezinfeksiyaedici avadanlıqlarından istifadə etmək;
  • F.2.5. Əllə dezinfeksiyani eyni zamanda, dezinfeksiya maşını vəya avadanlığını düzgün şəkildə idarə etmək;
  • F.2.6. Digər sahələrə zərər vermədən desinfeksiya avadanliq və vasitələrdən istifadə etmək;
  • F.2.7. Dezinfeksiya zamanı fövqəlhadə hallara və bioloji zəhərlənmələrə səbəb ola biləcək, lazımlı məmulatları yararsız hala sala biləcək hadisələrə yol verməmək;
  • F.2.8. Dezinfeksiya prosesinin tamlığını təmin etmək;
  • F.2.9. Texniki xidmət və ya yardım ehtiyacı olan qeyri-normal vəziyyətlər barədə nəzarətçini məlumatlandırmaq.
V.3. İşin həcminin iş saatını müəyyənləşdirmək və hesabatını təqdim etmək:
  • F.3.1. İşlətdiyi avadanlıq və materialların miqdarı barədə hesabatı müəssisə rəhbərinə hesabatvermək;
  • F.3.2. Dezinfeksiya avadanlıqlarının, geyimlərinin və vasitələrin işlək vəya qeyri-işlək vəziyyəti barədə rəhbərliyə məlumat vermək;
  • F.3.3. Dezinfeksiya növünün funksiya və xüsusiyyətinin, üstunluk verdiyi üsul,vasitə və avadanlığın xassələrini şərh etmək;
  • F.3.4. Ta mamlama, təhvil – təslim işlərini yerinə yetirmək.
  • F.3.5. İstifadə olunan materiallar və tətbiq olunan metodlar daxil olmaqla proseslərin qeydiyyatını aparmaq;
  • F.3.6. Avadanlıqları səliqəli istifadə etmək və lazımı şəraitdə saxlamaq;
  • F.3.7. Dezinfeksiya prosedurlarında istifadə olunan zədələnmiş material və avadanlıqlar, texniki xidmət və ya təmirə ehtiyacı olan qeyri-normal vəziyyətlər barədə nəzarətçini məlumatlandırmaq;
  • F.3.8. Xidmət barədə hesabatı rəhbərliyə təqdim etmək;
  • F.3.9. Məhsuldar işlə əlaqədar ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi, fövqelhadə təbiət hadisələrindən mühafizə və məhsuldarlıq ilə əlaqədar qaydalara riayət etmək.
3. Səriştələrin qısa təsviri
Bilik:
  • Mexaniki və ya əl dezinfeksiya alətləri, o cümlədən onların istifadəsi, təmiri və saxlanması haqqında məlumat;
  • Dezinfeksiya növləri və prosesi haqqinda umumi məlumat;
  • Təbiət elmləri (Biologiya,kimya,fizika)sahəsində sadə biliklər;
  • Dezinfeksiya məhsulları,vasitələri onların tərkibi, keyfiyyəti, dəyəri və s. barədə məlumat;
  • İş ərazisində və ya peşəkar alətlərdən istifadə ilə bağlı təhlükəsizlik qaydaları barədə məlumatlı olmaq;
  • Dezinfeksiya ilə deratizasiyanın fərqini istifadə üsulları;
  • Dezinfeksiya növündən, xüsusiyyətindən asılı olaraq vasitələrin, avadanlıqların tərkib və xüsusiyyətləri;
  • Təhlukəli iş şəraiti və təhlükəsizlik tədbirləri barədə məlumatlı olmaq;
  • Müəssisənin təhlükəsizlik qaydaları;
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) normaları;
  • Ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik məsələləri üzrə metodiki materiallar;
  • İşi planlaşdırmaq və qiymətləndirmək.
Bacarıq:
  • Dezinfeksiya üçün olan müvafiq alətlərdən istifadə etmək;
  • Bütün növ və daha çox istifadə olunan materiallar,məhlullar, dezinfeksiya avadanlıqları ilə işləyə bilmək;
  • Sadə kimyaçılıq təcrübəsinə sahib olmaq;
  • Karantin sahənin xüsusiyyətlərini dəyərləndirmək;
  • Müxtəlif növ dezinfeksiya üsullarıni yerinə yetirmək;
  • Əldə edilən nəticəni təmin etmək üçün işin qiymətləndirilməsi;
  • Təhlükəsizlik tədbirləri görmək;
  • Operativ olmaq və doğru səmtə istiqamətlənmək;
  • Problemləri həll etmək bacarığı;
  • Vaxtı idarə etmək bacarığı;
  • Əməyin mühafizəsi və fövqəlhadə hallardan mühafizə üzrə qaydalara əsasən işi yerinə yetirmək.
Yanaşma:
  • Dəqiqlik, düzgünlük və operativlik nümayiş etdirmək və təfərrüata diqqət yetirmək;
  • Yüksək səviyyədə fərdi intizam nümayiş etdirməklə çalışmaq.
Əlavə / ümumi səriştələr::
  • Peşəkar bacarıqlarının inkişafı, həmçinin yeni məlumatların əldə edilməsi üçün kompüter bilikləri;
  • Yeni texnologiyalar sahəsində maraqlı olmaq.
4. Təlim ilə bağlı xüsusi məlumat
4.1. Təlimin növləri
Formal təlim
Tövsiyə olunan formal təlim Uyğun gələn təlim növü Qeydlər
Tam orta təhsil
İlk peşə-iхtisas təhsili və ya akkreditasiyadan keçmiş təlim müəssisəsində təlim İlkin təlim akkreditasiyadan keçmiş peşə məktəbləri və sertifikatlaşdırılmış müəssisələr tərəfindən təşkil olunur. Bu təlim praktikadan qazanılan geniş təcrübə ilə əlaqələndirilməlidir. Yalnız praktiki təlim keçirildiyi hallarda səriştələrin tanınması haqqında sənəd əldə etmək üçün işçinin əlavə nəzəri təlim keçməsi və qiymətləndirilməsinə ehtiyac var.
Orta ixtisas təhsili
Ali təhsil
Digər:
Qeyri-formal təlim
İnformal təlim
4.2. Təlimin istiqaməti
4.3. Əvvəlki təlimin tanınması


Dezinfeksiya,dezinseksiya,deratizasiya və epidemiologiya xidmətləri üçün təlim proqrami
Dezinfeksiya:
  • Dezinfeksiyanın əsas prinsipləri və metodları
  • Dezinfeksiya maddələri və onların düzgün istifadəsi
  • Həmçinin, dezinfeksiya prosesində məsuliyyətli təşkilat və nəzarət prosesləri
Dezinseksiya:
  • Zararlı böcəklərin və parazitlərin tanınması və mübarizəsi
  • Effektiv dezinseksiya maddələri və metodları
  • Təhlükəsizlik tədbirləri və şəxsi təhlükəsizlik ehtiyacları
Deratizasiya:
  • Xərçəngər və sərmayəvi mübarizənin əsasları
  • Effektiv deratizasiya maddələri və texnologiyaları
  • Xəstəliklərin yayılmasını dayandırmaq üçün önəmli tədbirlər
Epidemiologiya:
  • Epidemiyoloji hazırlıq və müdafiə prinsipləri
  • Epidemiyoloji sorğular və təhlillər
  • Xəstəliklərin yayılmasını nəzarət altında saxlamaq üçün tədbirlər
  • Təlim metodu və təşkilatı