AQTİ şəriştəlilik test nəticəsi
ChemLab səriştəlilik testində uğurlu nəticə əldə edib
ChemLab MMC laboratoriyası Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkil etdiyi növbəti səriştəlilik testində iştirak edərək uğurlu nəticə əldə edib.
Sınaq nümunələri laboratoriyamızda müasir analitik avadanlıqlar və müvafiq standart metodlar tətbiq edilməklə təhlil olunub. Əldə edilmiş nəticələrin səriştəlilik testinin müəyyən edilmiş meyarlarına uyğun olması laboratoriyamızda aparılan analizlərin düzgünlüyünü, dəqiqliyini və etibarlılığını bir daha təsdiqləyib.
Səriştəlilik testlərində iştirak laboratoriyaların texniki imkanlarının, əməkdaşların peşəkarlığının və tətbiq edilən sınaq metodlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. ChemLab MMC olaraq keyfiyyətə nəzarət sisteminin davamlı təkmilləşdirilməsinə, nəticələrin beynəlxalq tələblərə uyğunluğuna və müştərilərimizə etibarlı laboratoriya xidmətlərinin göstərilməsinə xüsusi önəm veririk.
Bu uğurlu nəticə laboratoriyamızın peşəkar komandasının bilik və təcrübəsinin, müasir texniki bazasının və keyfiyyətə əsaslanan fəaliyyət prinsipinin göstəricisidir.
ChemLab MMC bundan sonra da müxtəlif səriştəlilik proqramlarında fəal iştirak edərək göstərdiyi xidmətlərin keyfiyyətini və etibarlılığını davamlı şəkildə inkişaf etdirəcək.
