Ötən gün, 15 noyabr 2024-cü il tarixində, "Konfirom MMC" şirkətinin əməkdaşları üçün "Sanitar Gigiyenik Qaydalar" mövzusunda maarifləndirici təlim keçirildi. Təlim Preciouslab şirkəti tərəfindən təşkil olunmuş və təlimçi Sevinc Hüseynlinin rəhbərliyi ilə baş tutmuşdur. Tədbirin əsas məqsədi istehsalatda sanitar-gigiyenik standartların tətbiqi və iş mühitində təmizliyin qorunması ilə bağlı vacib bilikləri paylaşmaq idi.

Təlim zamanı iştirakçılara təmizlik və dezinfeksiya proseslərinin düzgün aparılması, əl yuma qaydaları və işçi heyətinə dair sanitar tələblər kimi vacib mövzular barədə məlumat verildi.

"Sanitar-gigiyenik qaydalara riayət olunması təkcə məhsulun keyfiyyətini deyil, həm də işçilərin və istehlakçıların sağlamlığını qorumaq baxımından böyük əhəmiyyət daşıyır. Məqsədimiz, əməkdaşları bu sahədə məlumatlandırmaq və onların gündəlik iş fəaliyyətlərinə müsbət təsir etməkdir."

Sevinc Hüseynli

Təlimdə interaktiv müzakirələrə və praktiki nümunələrə də yer verilmişdir. İştirakçılar əllərin düzgün yuyulması prosesini öyrənib tətbiq edərək, nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirdilər. Təlimdə iştirak edənlərdən biri, Konfirom MMC-nin istehsalat üzrə meneceri Rəşad Əliyev, tədbirin önəmini vurğulayaraq qeyd etdi:

"Bu təlim bizim üçün çox faydalı oldu. İşçilərimiz həm nəzəri, həm də praktiki biliklər əldə edərək iş proseslərində daha məsuliyyətli yanaşma sərgiləmək üçün motivasiya qazandılar."

Rəşad Əliyev

Preciouslab bu cür təlimləri davamlı şəkildə təşkil etməklə, iş yerlərində təhlükəsizlik və keyfiyyət standartlarının artırılmasına töhfə verməkdədir. Tədbir sonunda iştirakçılara suallarını ünvanlamaq və fərdi təcrübələrini bölüşmək üçün imkan yaradıldı. Bu, maarifləndirmə səviyyəsini daha da yüksəltdi.