Son illərdə çox istifadə edilən və lazım olmadığı halda sağaldıcı təsiri olduğu inancı ilə istehlak edilən antibiotiklər, diqqətli istifadə edilmədikdə orqanizmə zərər verə biləcək bir dərman növüdür. Xüsusilə lazımsız istifadəsi xəstəliklərin sağalma prosesinə mənfi təsir göstərən antibiotiklərin istifadəsinə xüsusi diqqət yetirilməlidir, çünki onlar orqanizmin patogen mikroorqanizmlərə qarşı müqavimətini azaldır. Hər bir xəstəlik yaranan zaman onun müalicəsində ilk baş vurulan çıxış yolu kimi antibiotik istifadəsi seçilir. Amma bir çox zaman xəstəliyə qarşı hansı antibiotikin istifadə olunması doğru seçilə bilinmir. Çünki xəstəliklər orqanizmaya görə fərqli simptopmlar göstərir və fərqi orqanizmalarda fərqli antibiotik həssaslığı olur. Bunun üçün spesifik analiz olan antibiotik həssaslıq testi aparılır. Mikroorqanizmlərin antibiotiklərə həssaslığını təyin etmək üçün ilk öncə xəstə və ya ölü bədəndən(heyvan, quş) qan nümunəsi, sidik nümunəsi, boğazdan yaxma və ya digər uyğun nümunə növü götürülür və fərqli antibiotiklər mühitində əkilir. Bu test xəstəliklərin müalicəsində təsirli ola biləcək antibiotiklərin seçilməsində mühüm rol oynayır. Laboratoriyamızda bu test həssaslıqla aparılır və xəstəliklərin müalicəsi yolunda müştərilərə dəstək olunur.